Belçikadakı türk məhəlləsində partlayış olub

Belçikadakı türk məhəlləsində partlayış olub Hadisə yerindəki jurnalistlər üçüncü partlayış səsinin də eşidildiyini bildirib
Digər ölkələr
25 Mart , 2016 18:11
Belçikadakı türk məhəlləsində partlayış olub

Bakı. 25 mart . REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldə aparılan antiterror əməliyyatı zamanı bir evdən iki partlayış səsi eşidilib. "Report"un Belçika dövlət televiziyasına istinadən verdiyi məlumata görə, polislər türk məhəlləsi kimi tanınan Şarbekdə əməliyyat aparıblar.

Basqın nəticəsində bir nəfər zərərsizləşdirilib. Partlayıcı maddələri zərərsizləşdirən ekspertlərin olduğu ərazi təhlükəsizlik məqsədilə dövrəyə alınıb. Polislər əməliyyatın Fransada həyata keçirilməsi planlaşdırılan, amma son anda qarşısı alınan hücum əleyhinə aparıldığını açıqlayıb. Hadisə yerindəki jurnalistlər üçüncü partlayış səsinin də eşidildiyini bildirib. Partlayışların səbəbi hələ bilinmir. Əməliyyata 50-dək polis cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi