Belçika casusluqda ittiham olunan Çin məmurunu ABŞ-a yollayıb

Belçika casusluqda ittiham olunan Çin məmurunu ABŞ-a yollayıb Bakı. 11 oktyabr. REPORT.AZ/ Belçika Amerika tərəfinin sorğusu əsasında aprel ayında həbs olunmuş Çinin Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşını ABŞ-a ekstradisiya edib.
Digər ölkələr
11 Oktyabr , 2018 02:35
Belçika casusluqda ittiham olunan Çin məmurunu ABŞ-a yollayıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Belçika Amerika tərəfinin sorğusu əsasında aprel ayında həbs olunmuş Çinin Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşını ABŞ-a ekstradisiya edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, Syu Xuey və Çjan Xuey adları ilə tanınan Syu Yantszünə qarşı bir sıra kosmik və aviasiya şirkətinin kommersiya sirlərini oğurlamaq məqsədi ilə iqtisadi casusluq ittihamı irəli sürülüb.

Bildirilir ki, ABŞ-ın Ədliyyə Nazirliyi kişini Çin kəşfiyyatının əməkdaşı hesab edir. Onların fikrincə, o, Szyansu əyalətinin təhlükəsizlik idarəsinin şöbələrindən birinin müdir müavini vəzifəsini tutur.

İttihama görə, Çin vətəndaşı 2013-cü ildən öz fəaliyyətini ABŞ və onun hüdudlarından kənarda həyata keçirib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın energetika şirkətinin qadın işçisi casusluqda ittiham olunmuşdu.

Son xəbərlər

Orphus sistemi