Rusiyanın energetika şirkətinin qadın işçisi casusluqda ittiham olunur

Rusiyanın energetika şirkətinin qadın işçisi casusluqda ittiham olunur Bakı. 28 iyun. REPORT.AZ/ Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkənin energetika şirkəti olan “İnter” Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Karina Tsurkana qarşı casusluq ittihamı irəli sürüb.
Region
28 İyun , 2018 15:30
Rusiyanın energetika şirkətinin qadın işçisi casusluqda ittiham olunur

Bakı. 28 iyun. REPORT.AZ/ Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkənin energetika şirkəti olan “İnter” Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Karina Tsurkana qarşı casusluq ittihamı irəli sürüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu onun vəkili Dmitri Tsuprik bildirib.

Vəkilin sözlərinə görə, müvəkkili ittihamları qəbul etməyib: “O, cinayət işinin prinsipial və dönməz mövqeyinə görə başlandığını bildirir”.

Bir müddət əvvəl K.Tsurkanın Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, Donbasın elektrik enerjisi ilə təchizatı sxemi haqqında məlumatları xarici ölkələrin xüsusi xidmət orqanlarına ötürdüyü bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi