Yuxarı

Belarus Rusiya hərbi bazasından imtina məsələsinə aydınlıq gətirib

​Belarus Rusiya hərbi bazasından imtina məsələsinə aydınlıq gətirib

Belarus Rusiyadan "Su-30SM" qırıcılarının alınması müqabilində ölkədə Rusiya aviabazası yerləşdirməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Belarus 1" telekanalının efirində Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zas bildirib.

Onun sözlərinə görə, Belarusun hərbi aviasiya parkının yenilənməsi üçün Rusiyadan kömək istəməsindən sonra rəsmi Moskva hərbi baza yerləşdirmək təklifini irəli sürmüşdü: "Ancaq bunlar fərqli şeylərdir. Torpaqlarımızda hərbi hava bazasının yerləşdirilməsi öz hərbi aviabazamızın inkişafı problemini həll etmir".

S.Zas bildirib ki, belə olan təqdirdə onlar yeniləməni öz imkanları hesabına edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi