Baş katib: "BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir"

Baş katib: "BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir" Bakı. 4 fevral. REPORT.AZ/ BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir. Təşkilat nə hazırkı Prezident Nikolas Maduronu, nə də özünü müvəqqəti dövlət başçısı elan etmiş Xuan Quaidonu dəstəkləyən beynəlxalq qrupların hər hansı birinə qoşulacaq.
Digər ölkələr
4 Fevral , 2019 20:54
Baş katib: BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir

Bakı. 4 fevral. REPORT.AZ/ "BMT Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir. Təşkilat nə hazırkı Prezident Nikolas Maduronu, nə də özünü müvəqqəti dövlət başçısı elan etmiş Xuan Quaidonu dəstəkləyən beynəlxalq qrupların hər hansı birinə qoşulacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş açıqlayıb.

“BMT Katibliyi bu qruplardan heç birinə qoşulmamaq qərarını verib”, - deyə jurnalistlərə bildirən A.Quterreş belə mövqeyin daha əvvəl hər iki tərəfə verilən siyasi çözüm axtarmaq təklifinə inamı daha da artıracağını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi