Barak Obama: "Böyük Britaniya Avropa İttifaqında qalmalıdır"

Barak Obama: "Böyük Britaniya Avropa İttifaqında qalmalıdır" "Aİ üzvlüyü rəsmi Londonun beynəlxalq arenadaki mövqelərini möhkəmləndirir"
Digər ölkələr
24 İyul , 2015 04:11
Barak Obama: Böyük Britaniya Avropa İttifaqında qalmalıdır

Bakı. 24 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama hesab edir ki, Böyük Brutaniya Avropa İttifaqının (Aİ) üzvlüyündən imtina etməməlidir.

"Report"un məlumatına görə, BBC telekanalına müsahibə verən Ağ Ev rəhbəri bildirib ki, Aİ üzvlüyü rəsmi Londonun beynəlxalq arenadaki mövqelərini möhkəmləndirir.

Obamanın sözlərinə görə, Avropa İttifaqının mövcudluğu qlobal siyasətdə təhlükəsizlik amilini gücləndirib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron 2017-ci ilin sonunda ölkəsində Aİ üzvlüyünə dair referendum keçirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi