Yuxarı

Balidə vulkan püskürməsi nəticəsində aviareyslər təxirə salınıb

Balidə vulkan püskürməsi nəticəsində aviareyslər təxirə salınıb
Aqunq vulkanı həftə ərzində ikinci dəfə püskürüb

Bakı. 26 noyabr. REPORT.AZ/ İndoneziyanın Bali adasında Aqunq vulkanının həftə ərzində ikinci dəfə püskürməsi nəticəsində beynəlxalq hava limanının reysləri təxirə salınıb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, təbii fəlakət nəticələrinin aradan qaldırılması üzrə agentliyin məlumatına görə, Denpasar beynəlxalq aeroportunda ümumilikdə 8 gəlməli olan və 13 uçmalı olan reys təxirə salınıb.

"Reyslərin ləğvi aviaşirkətlərin qərarı ilə olub", — deyə agentlik nümayəndəsi bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi