Baham adalarında "Dorian" qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb

Baham adalarında "Dorian" qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb Baham adalarında Dorian qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb.
Digər ölkələr
6 Sentyabr , 2019 05:08
Baham adalarında Dorian qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb

Baham adalarında "Dorian" qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına ada dövlətinin baş naziri Hyubert Minnis bildirib.

"Mən cəmi 1 saat əvvəl polis rəisi ilə danışdım. Hazırda ölənlərin sayı 30 nəfərdir. Mən dəfələrlə bildirmişəm - bu rəqəm (ölənlərin sayı - red) artacaq", - deyə o bildirib.

Minnis qeyd edib ki, daha əvvəl ABŞ prezidenti Donald Trampla telefonla danışıb. Onlar rəsmi Vaşinqtonun Baham adalarına yardımını müzakirə ediblər.

Daha əvvəl bildirilirdi ki, Baham adalarında qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb. Dağıntılar aradan qaldırıldıqca ölənlərin sayı artır. 

Son xəbərlər

Orphus sistemi