Bağdadda təhlükəsizlik qüvvələri ilə toqquşmalarda bir neçə etirazçı həlak olub.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Bildirilir ki, aksiyaçılar Rəşid küçəsində İraq Mərkəzi Bankının binasına soxulmaq istəyəndə polis əməkdaşları nümayişçilərə atəş açıb. Nəticədə 6 nəfər ölüb. Toqquşmalar zamanı həmçinin daha 38 nəfər xəsarət alıb.
İraqın İnsan Hüquqları üzrə Ali Komissiyasının son məlumatlarına ölkədə 280 nəfər oktyabrın 1-dən davam edən kütləvi qarışıqlıqların qurbanı olub, zərərçəkənlərin sayı 12 min nəfəri ötüb.