Bağdadda komendant saatı tətbiq edilib

Bağdadda komendant saatı tətbiq edilib İraqın paytaxtı Bağdadda komendant saatı elan edilib.
Digər ölkələr
3 Oktyabr , 2019 11:06
Bağdadda komendant saatı tətbiq edilib

İraqın paytaxtı Bağdadda komendant saatı elan edilib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Adil Əbdülmehdi deyib.

O bildiriib ki, komendant saatı oktyabrın 3-dən qüvvəyə minib.

“Komendant saatı qərarı sabitliyi, daxili təhlükəsizliyi, ictimai əmlakı qorumaq, eyni zamanda nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə hücum edən təxribatçıların qarşısını almaq və Kərbəla şəhidlərinin “40 mərasimi”nin sakit formada keçirilməsi məqsədi ilə qəbul edilib”, deyə baş naziri vurğulayıb. 

A.Əbdülmehdinin sözlərinə görə, komendat saatı təyyarə ilə səyahət edəcək sərnişinlərə, xəstəxana və elektrik stansiyası kimi qurumlarda işləyənlərə şamil edilməyəcək.

Xatırladaq  ki, son günlər Bağdad da daxil ollmaqla İraqın cənub şəhərlərində korrupsiya, işsizliyə qarşı etiraz aksiyaları keçirilir. 

Son xəbərlər

Orphus sistemi