Avstraliyada yol qəzasında 20 nəfər, o cümlədən məktəblilər xəsarət alıb

Avstraliyada yol qəzasında 20 nəfər, o cümlədən məktəblilər xəsarət alıb Məktəb avtobuslarının toqquşması nəticəsində bir uşaq başından ciddi zədə alıb və helikopterlə xəstəxanaya çatdırılıb
Digər ölkələr
15 Noyabr , 2016 13:10
Avstraliyada yol qəzasında 20 nəfər, o cümlədən məktəblilər xəsarət alıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərinin cənubunda iki avtobus və üç avtomobilin iştirakı ilə baş vermiş yol qəzasında 20 nəfər, o cümlədən məktəblilər xəsarət alıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, məktəb avtobuslarının toqquşması nəticəsində bir uşaq başından ciddi zədə alıb və helikopterlə xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi