Bakı. 15 noyabr. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərinin cənubunda iki avtobus və üç avtomobilin iştirakı ilə baş vermiş yol qəzasında 20 nəfər, o cümlədən məktəblilər xəsarət alıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, məktəb avtobuslarının toqquşması nəticəsində bir uşaq başından ciddi zədə alıb və helikopterlə xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.