Avstraliyada təyyarədə sərnişinin qulaqcığı partlayıb

Avstraliyada təyyarədə sərnişinin qulaqcığı partlayıb Qadın üz, əl və boyun nahiyəsindən çoxsaylı yanıqlar alıb
Digər ölkələr
15 Mart , 2017 12:34
Avstraliyada təyyarədə sərnişinin qulaqcığı partlayıb

Bakı. 15 mart. REPORT.AZ/ Pekindən Melburna uçan reysin qadın sərnişinin simsiz qulaqcığının batareyası partlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində qadın üz, əl və boyun nahiyəsindən çoxsaylı yanıqlar alıb.

Qadının sözlərinə görə, yuxuda olarkən güclü səs eşidib, üzünü yana çevirəndə isə dərisinin yandığını hiss edib. Sərnişin göyərtə bələdçilərinin operativ reaksiya verdiyini və qulaqcığı tez söndürdüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi