Bakı. 13 may. REPORT.AZ/ İsrail təmsliçisi Netta Barzilay Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya-2018 beynəlxalq musiqi yarışmasının qalibi olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, ifa etdiyi "Toy" mahnısı ilə 529 xal toplayıb.
Yarışmada ikinci yeri Kiprdən olan Eleni Fureyra tutub. Tamaşaçılar və hakimlər ona 436 xal veriblər.
Müsabiqədə 42 ölkə iştirak edib. Onlardan 26-ı finala çıxıb.