Avropa Parlamentinin Strasburqdakı binası atışma səbəbindən bağlanıb

Avropa Parlamentinin Strasburqdakı binası atışma səbəbindən bağlanıb Bakı. 12 dekabr. REPORT.AZ/ Avropa Parlamentinin (AP) Strasburqda yerləşən binası şəhərin mərkəzində baş vermiş atışma ilə əlaqədar olaraq bağlanıb, əməkdaşlar və deputatlara ehtiyat tədbiri məqsədi ilə hələ ki, bayıra çıxmamaq tövsiyə edilib.
Digər ölkələr
12 Dekabr , 2018 01:56
Avropa Parlamentinin Strasburqdakı binası atışma səbəbindən bağlanıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Avropa Parlamentinin (AP) Strasburqda yerləşən binası şəhərin mərkəzində baş vermiş atışma ilə əlaqədar olaraq bağlanıb, əməkdaşlar və deputatlara ehtiyat tədbiri məqsədi ilə hələ ki, bayıra çıxmamaq tövsiyə edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı AP nümayəndəsi deyib.

"Avropa Parlamenti bağlanıb, növbəti sərəncama qədər heç kim onu tərk edə bilmir. Avropa Parlamenti deputatları və əməkdaşları onlara təhlükəsizlikdə qalmalarının bildirildiyi məlumat və ya SMS alıblar", - AP-nin kommunikasiya şöbəsinin rəhbəri Jaume Duç "Twitter"də yazıb.

Çərşənbə axşamı baş verən atışmada ölənlərin sayı 2 nəfərə çatıb, daha 11 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi