Avropa Komissiyası "Brexit" üzrə referendum keçirilməsi təşəbbüsünü rədd edib

Avropa Komissiyası "Brexit" üzrə referendum keçirilməsi təşəbbüsünü rədd edib Bakı. 28 noyabr. REPORT.AZ/ Avropa İttifaqı Şurası üzv ölkələrdə Böyük Britaniyanın üzvlükdə qalıb-qalmamasına dair referendum keçirmək təşəbbüsünü dəstəkləməyib.
Digər ölkələr
28 Noyabr , 2018 17:28
Avropa Komissiyası Brexit üzrə referendum keçirilməsi təşəbbüsünü rədd edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Avropa İttifaqı Şurası üzv ölkələrdə Böyük Britaniyanın üzvlükdə qalıb-qalmamasına dair referendum keçirmək təşəbbüsünü dəstəkləməyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis mətbuat konfransı zamanı bildirib.

“Bu gün Avropa Komissiyası “Avropa vətəndaşlarının Böyük Britaniyanın üzv qalması, yoxsa qalmamasını istəmələrinə dair bütün Aİ ölkələri üzrə referendum” adlı təşəbbüsü qeydiyyata almamaq qərarına gəlib. Avropa Komissiyası bu təşəbbüsün qeydiyyatı üçün şərtlərin yerinə yetirilmədiyi qənaətindədir”, - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi