Yuxarı

Avropa Komissiyası 9 Avropa İttifaqı ölkəsini məhkəməyə verə bilər

Avropa Komissiyası 9 Avropa İttifaqı ölkəsini məhkəməyə verə bilər

Bakı. 30 yanvar. REPORT.AZ/ Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) üzvü olan 9 ölkənin nazirlərinə hava keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görməyəcəyi və havanın çirklənməsinin qarşısını almaq üçün addımlar atmayacağı təqdirdə onları məhkəməyə verəcəklərinə dair xəbərdarlıq edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ətraf mühit üzrə avrokomissar Karmen Vella bildirib.

Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniya, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Rumıniya, Slovakiya, Fransa və Çexiyanın nümayəndələrinin iştirakı ilə havanın təmizliyi üzrə nazirlər iclası keçirilib. Bu ölkələr artıq çirklilik səviyyəsinə görə Aİ-nin cari normalarını aşıblar. Ona görə AK onları Aİ məhkəməsinə verə bilər.

K.Vellanın sözlərinə görə, havanın çirkliliyi səbəbilə Aİ ölkələrində hər il 400 min nəfər vaxtından əvvəl ölür.

AK-nın məhkəməyə müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən avrokomissar "Bəli, bunu edəcəyik" deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi