Yuxarı

Avropa İttifaqı prokurorluq yaradır

Avropa İttifaqı prokurorluq yaradır
Prokurorluğun mənzil-qərargahı Lüksemburqda yerləşəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Avropa İttifaqına üzv dövlətlər Ümumavropa Prokurorluğu yaradılması haqqında qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Prokurorluq dələduzluq və başqa maliyyə fırıldaqlarının məhkəmə qaydası ilə araşdırılması ilə məşğul olacaq.

Prokurorluğun mənzil-qərargahı Lüksemburqda yerləşəcək. 2020-ci ildə yeni qurumun fəaliyyətə başlaması nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi