Avropa İttifaqı növbəti iki ildə 54 min miqrantı qəbul etməyə hazırdır

Avropa İttifaqı növbəti iki ildə 54 min miqrantı qəbul etməyə hazırdır Bu miqrantların əksəriyyəti artıq İtaliya və Yunanıstanda qurulan xüsusi düşərgələrdə yaşayır
Digər ölkələr
21 İyul , 2015 06:14
Avropa İttifaqı növbəti iki ildə 54 min miqrantı qəbul etməyə hazırdır

Bakı. 21 iyul. REPORT.AZ/ Avropa İttifaqına üzv dövlətlər növbəti iki il ərzində 54 min miqrantın qəbul edilməsini nəzərdə tutan planı təsdiq ediblər.

"Report"un Gazeta.Ru saytına istinadən verdiyi xəbərə görə, sözü gedən miqrantların əksəriyyəti (32 256 nəfər) artıq İtaliya və Yunanıstanda qurulan xüsusi düşərgələrdə yaşayır. Daha 22 504 nəfər isə Suriya ilə həmsərhəd rayonlarda gözləyir.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniya kansleri Anqela Merkel kiçik bir qızın qarşısında çıxılmaz vəziyyətə düşmüşdü. Ailəsi ilə birlikdə Almaniyadan deportasiya olunacaqlarını, yeganə arzusunun bu ölkədə qalaraq təhsilinə davam etmək olduğunu deyən Rim adlı fələstinli qız kanslerdən gözlədiyi cavabı almadığı üçün ağlamağa başlamışdı.

Son xəbərlər

Orphus sistemi