Bakı. 21 iyul. REPORT.AZ/ Avropa İttifaqına üzv dövlətlər növbəti iki il ərzində 54 min miqrantın qəbul edilməsini nəzərdə tutan planı təsdiq ediblər.
"Report"un Gazeta.Ru saytına istinadən verdiyi xəbərə görə, sözü gedən miqrantların əksəriyyəti (32 256 nəfər) artıq İtaliya və Yunanıstanda qurulan xüsusi düşərgələrdə yaşayır. Daha 22 504 nəfər isə Suriya ilə həmsərhəd rayonlarda gözləyir.
Xatırladaq ki, bir neçə gün əvvəl Almaniya kansleri Anqela Merkel kiçik bir qızın qarşısında çıxılmaz vəziyyətə düşmüşdü. Ailəsi ilə birlikdə Almaniyadan deportasiya olunacaqlarını, yeganə arzusunun bu ölkədə qalaraq təhsilinə davam etmək olduğunu deyən Rim adlı fələstinli qız kanslerdən gözlədiyi cavabı almadığı üçün ağlamağa başlamışdı.