Avropa İttifaqı "Brexit" üzrə xüsusi sammit çağırır

Avropa İttifaqı "Brexit" üzrə xüsusi sammit çağırır Bakı. 11 dekabr. REPORT.AZ/ Avropa Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Baş naziri Tereza Meyin Britaniyanın İcmalar Palatasında Londonun Avropa İttifaqından çıxmasına dair saziş üzrə səsverməni təxirə salması qərarı fonunda Brexit üzrə xüsusi sammit çağırır.
Digər ölkələr
11 Dekabr , 2018 10:14
Avropa İttifaqı Brexit üzrə xüsusi sammit çağırır
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Avropa Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Baş naziri Tereza Meyin Britaniyanın İcmalar Palatasında Londonun Avropa İttifaqından çıxmasına dair saziş üzrə səsverməni təxirə salması qərarı fonunda "Brexit" üzrə xüsusi sammit çağırır.

Bu barədə "Report" "Deutsche Welle"yə istinadən məlumat verir.

D.Tuskun sözlərinə görə, danışıqlar dekabrın 13-də Brüsseldə keçiriləcək. Elə bu ərəfədə Avropa İttifaqının dövlət və hökumət başçılarının yüksək səviyyəli müntəzəm görüşünün keçirilməsi də planlaşdırılır.

O vurğulayıb ki, Brüssel sazişin yenidən nəzərdən keçirilməsi ehtimalını istisna edir və dialoq yalnız Böyük Britaniya ilə razılaşmalarının ratifikasiya edilməsinin sadələşdirilməsinə dair olacaq.

Avropa Şurasının rəhbəri əlavə edib ki, avropalı liderlər Londonla razılaşmadan eyni vaxtda sərt "Brexit"ə hazırlaşmağa başlayacaqlar.

"Vaxt bitir", - D.Tusk deyib.

Son xəbərlər

Orphus sistemi