Bakı. 11 dekabr. REPORT.AZ/
Bu barədə "Report" "Deutsche Welle"yə istinadən məlumat verir.
D.Tuskun sözlərinə görə, danışıqlar dekabrın 13-də Brüsseldə keçiriləcək. Elə bu ərəfədə Avropa İttifaqının dövlət və hökumət başçılarının yüksək səviyyəli müntəzəm görüşünün keçirilməsi də planlaşdırılır.
O vurğulayıb ki, Brüssel sazişin yenidən nəzərdən keçirilməsi ehtimalını istisna edir və dialoq yalnız Böyük Britaniya ilə razılaşmalarının ratifikasiya edilməsinin sadələşdirilməsinə dair olacaq.
Avropa Şurasının rəhbəri əlavə edib ki, avropalı liderlər Londonla razılaşmadan eyni vaxtda sərt "Brexit"ə hazırlaşmağa başlayacaqlar.
"Vaxt bitir", - D.Tusk deyib.