Yuxarı

Avropa İttifaqı ABŞ vətəndaşlarına viza tətbiq edir

Avropa İttifaqı ABŞ vətəndaşları üçün viza tətbiq edir

Bakı. 9 mart. REPORT.AZ/ Avropa İttifaqı 2021-ci ildə ABŞ vətəndaşlarına viza tətbiq edəcək.

“Report” CNN-ə istinadən xəbər verir ki, ABŞ-dan gələnlər üçün Şengen məkanına girişi tənzimləyən Avropa Səyahət İnformasiya və İcazə Sistemi (ETIAS – European Travel İnformation and Autorization System) qüvvədə olacaq. Üçillik müddətə veriləcək viza səyahətlərin sayına məhdudiyyət qoymur.

Hazırda ABŞ vətəndaşlarının Avropaya vizasız 90 günədək müddətə gələ bildiyi qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi