Avropa Şurası Parlament Assambleyasının (AŞPA) cari il aprelin 20-24-də keçirilməsi planlaşdırılan yaz sessiyası koronavirus səbəbindən təxirə salınıb.
“Report”un Fransa bürosu xəbər verir ki, məqsəd AŞPA üzvlərinin, qonaqların və işçilərin təhlükəsizliyini və rifahını qorumaq məqsədi daşıyır.
Bildirilib ki, qərar qəbul edilərkən Avropa Şurasının üzvü olan bir sıra ölkələr tərəfindən qoyulmuş səyahət məhdudiyyətləri və karantin tədbirləri nəzərə alınıb və Avropa Şurasının ev sahibi ölkə Fransa tərəfindən qəbul edilən qərarlar, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında mövcud olan məlum risklər yaxından öyrənilib.
Xatırladaq ki, AŞPA bundan əvvəl komitələrinin mart ayının sonuna nəzərdə tutulan bütün iclaslarını təxirə salmaq qərarı vermişdi.