Bakı. 18 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar Alyaskada raketlərin ələ keçirilməsi üçün yeni stansiyalar yerləşdirmək niyyətindədir.
"Report" "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Pentaqonda, raket əleyhinə müdafiə üzrə məruzəni təqdim edən zaman bildirib.
Trampın sözlərinə görə, ABŞ-ın yeni raket əleyhinə müdafiə üzrə gələcək inkişaf strategiyasında Fort-Qril bazasında 20 sistemin yerləşdirilməsi nəzərdə tutulur.
Amerika raket əleyhinə kompleksləri ABŞ ərazisində (Hərbi Hava Qüvvələrinin Alyaska və Kaliforniya ştatlarındakı aviabazasında) və onun xaricində yerləşdirilib.
Daha əvvəl xəbər verilib ki, Tramp administrasiyası ölkə ərazisində və onun hüdudlarından kənarda raket əleyhinə müdafiə sisteminin artırılması üsullarını öyrənir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 1995-ci ildə sabiq dövlət başçısı Bill Klintonun zamanında Yaxın Şərqdə terror fəallığı səbəbindən tətbiq edilən fövqəladə vəziyyət rejimininin müddətini uzadıb.