Yuxarı

Almaniyalı turistlər İtaliyada yol qəzasına düşüblər: 16 yaralı

Onlardan üçünün vəziyyəti orta ağırdır
© Foto: Flickr/ Luca Prioli

Bakı. 28 mart. REPORT.AZ/ İtaliyanın mərkəzi Emiliya-Romaniya vilayətində baş vermiş yol qəzası zamanı 16 turist xəsarət alıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Apenninin ödənişli yollarını idarə edən "Autostrade per'Italia" şirkətinin yaydığı xəbərdə bildirilir.

Məlumatda qeyd olunur ki, turist avtobusu avtomobil transportyoru – "avtovoz"la toqquşub. Hadisə nəticəsində xəsarət alanlar Almaniya Federativ Respublikasının (AFR) vətəndaşlarıdır.

İlkin ehtimala görə, hadisəyə səbəb avtomobil transportyorunun qarşıdan gələn, salonunda 40-dan çox sərnişinin olduğu turist avtobusunun yoluna çıxması olub. Qəza zamanı xəsarət almış yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti orta ağırdır. 

Digər sərnişinlər yardım göstərilməsi üçün gözləmə və əvəzedici nəqliyyat xidməti zonasına aparılıb.

Hadisə ilə əlaqədar yolun bir hissəsi bağlanıb və bir neçə kilometrlik tıxac yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi