Yuxarı

Almaniyada zavodda partlayış zamanı 5 nəfər xəsarət alıb

Almaniyada zavodda partlayış zamanı 5 nəfər xəsarət alıb
Təqribən 200 nəfər təxliyyə edilib

Bakı. 15 may. REPORT.AZ/ Almaniyada Bavariya federal torpağında yerləşən Eltmann şəhərində zavodda baş verən partlayış zamanı 5 nəfər ciddi yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə avtomobil hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən "Schaeffler KG" şirkətinin zavodunda baş verib.

Təqribən 200 nəfər təxliyyə edilib.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Olayın detalları araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi