Almaniyada hakimiyyət böhranı yaşanır

Almaniyada hakimiyyət böhranı yaşanır Bakı. 20 noyabr. REPORT.AZ/ Almaniya prezidenti Frank-Valter Ştaynmayer hökumətin formalaşdırılmasına dair danışıqlardan sonra ölkənin çətin duruma düşdüyünü bəyan edib.
Digər ölkələr
20 Noyabr , 2017 18:50
Almaniyada hakimiyyət böhranı yaşanır

Bakı. 20 noyabr. REPORT.AZ/ Almaniya prezidenti Frank-Valter Ştaynmayer hökumətin formalaşdırılmasına dair danışıqlardan sonra ölkənin çətin duruma düşdüyünü bəyan edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Hökumətin yaradılmasına dair ilkin danışıqlar hələ də nəticə verməyib. Hazırda biz Almaniya tarixində 70 ilədək müddətdə müşahidə edilməyən duruma düşmüşük", - o deyib.

Bir qədər əvvəl bildirilib ki, Almaniyanın yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar Azad Demokratik Partiyasının məsləhətləşmə prosesini tərk etməsindən sonra baş tutmayıb. 

Son xəbərlər

Orphus sistemi