Almaniyada daha 2 352 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində son bir gündə 215 nəfər pandemiyanın qurbanı olub.
Beləliklə, Almaniyada COVID-19 daşıyıcılarının sayı 148 016-ya, virusdan ölənlərin sayı isə 5 094-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.