Almaniyada COVID-19-a yoluxanların sayı 163,8 mini ötdü

Almaniyada COVID-19-a yoluxanların sayı 163,8 mini ötdü Almaniyada bir gün ərzində koronavirusa 685 yoluxma aşkarlanıb.
Digər ölkələr
5 May , 2020 07:43
Almaniyada COVID-19-a yoluxanların sayı 163,8 mini ötdü

Almaniyada bir gün ərzində koronavirusa 685 yoluxma aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-a yoluxmanın statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Məlumata görə, ölkədə son bir gündə COVID-19-dan 139 insan ölüb.

Qeyd edilir bütün pandemiya ərzində həkimlər 163 860 insanda koronavirus aşkar ediblər. Yeni virusdan ümumilikdə 6 831 nəfər ölüb, sağalanların sayı 135 mini ötüb.

Almaniyada koronavirusa yoluxma hallarının ən böyük sayı Bavariyada (43 162) aşkarlanıb. Şimali Reyn-Vestfaliyada (33 728) və Baden-Vürtemberqdə (32 482) koronavirusa yoluxma halları yüksəkdir. Paytaxt Berlində COVID-19 6 042 yoluxma qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi