Yuxarı

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır
XİN: Almaniya torpağında insanların oğurlanması yolverilməzdir

Bakı. 22 sentyabr. REPORT.AZ/ Almaniya hakimiyyəti Berlində vyetnamlı sahibkarın oğurlanması ilə əlaqədar Vyetnamla strateji tərəfdaşlığı dayandırmaq qərarına gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyindən federal torpaqda insanların oğurlanmasının yolverilməz olduğu bildirilib. 

Nazirlikdən Almaniya Baş Prokurorluğu tərəfindən aparılan araşdırmaların hələ davam etdiyi qeyd olunub: "Nəyin baş verdiyinin konkret sübutları var və onlar vaxtı gələndə ictimaiyyətə təqdim olunacaq". 

XİN-dən vurğulanıb ki, söhbət Almaniya qanunvericiliyinin və beynəlxalq hüququn kobudcasına pozulmasından gedir və Berlin buna göz yummaq fikrində deyil: "Dünən biz səfirə Vyetnamla strateji tərəfdaşlığın müvvəqəti dayandırılması barədə bildirdik".

Xatırladaq ki, iyulun 23-də Berlinin mərkəzindəki Tirqarten parkında 51 yaşlı kişi qaçırılıb. Şahidlərin sözlərinə görə, onu güclə maşına əyləşdirib naməlum istiqamətə aparıblar. Qaçırılan şəxsin Vyetnamın "Petro Vietnam Construction Corporation" dövlət korporasiyasının keçmiş rəhbəri olduğu bildirilir. Daha sonra onu Vyetnamın paytaxtı Hanoyda görüblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi