Almaniya Strasburqdakı hadisədən sonra Fransa ilə sərhəddə nəzarəti gücləndirib

Almaniya Strasburqdakı hadisədən sonra Fransa ilə sərhəddə nəzarəti gücləndirib Bakı. 12 dekabr. REPORT.AZ/ Almaniya Federal Polisi Strasburqda baş verən atışma hadisəsindən sonra Fransa ilə sərhəddə nəzarətləri gücləndirib.
Digər ölkələr
12 Dekabr , 2018 13:13
Almaniya Strasburqdakı hadisədən sonra Fransa ilə sərhəddə nəzarəti gücləndirib
DPA
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Almaniya Federal Polisi Strasburqda baş verən atışma hadisəsindən sonra Fransa ilə sərhəddə nəzarətləri gücləndirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Almaniya polisi nümayəndəsinin sözlərinə görə, keçid məntəqələri əsas sərhəd keçidlərində yerləşir: "Kel, Breyzax am Rayn, Raynau şəhərlərində və İfftshaym kommunasında polis işə cəlb olunub. Yoxlama müddəti 90 dəqiqəyə qədər ola bilər. Fransalı həmkarlarımızdan asılı vəziyyətdəyik. Vəziyyət tənzimlənməyincə nəzarəti gücləndirilmiş formada saxlayacağıq".

Məlumat verən şəxs əlavə edib ki, onlar təkcə avtomobilləri yox, həmçinin ictimai nəqliyyat vasitələrini də yoxlayırlar.

Qeyd edək ki, dünən axşam 29 yaşlı Şərif Şekat Strasburqun mərkəzində atışma törədib.

Şəhər meri Roland Raysın verdiyi məlumata görə, atışma nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Fransa Prokurorluğundakı mənbə isə hadisənin araşdırılması ilə qurumun Parisdəki terrorla mübarizə bölməsinin məşğul olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi