​Almaniya prezidenti 1915-ci il hadisələrini "soyqırımı" adlandırıb

​Almaniya prezidenti 1915-ci il hadisələrini "soyqırımı" adlandırıb Yoahim Qauk həmin hadisələrə görə məsuliyyətin bir hissəsini Almaniyanın üzərinə qoyub
Digər ölkələr
24 Aprel , 2015 02:57
​Almaniya prezidenti 1915-ci il hadisələrini soyqırımı adlandırıb

Bakı. 24 aprel. REPORT.AZ/ Almaniya prezidenti Yoahim Qauk 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri "erməni soyqırımı" adlandırıb və həmin hadisələrə görə məsuliyyətin bir hissəsini Almaniyanın üzərinə qoyub.

"Report" "Deutsche Welle"ə istinadən xəbər verir ki, aprelin 23-də Berlin kafedral kilsəsində ibadətdən sonra çıxış edən dövlət başçısı cümə günü bundestaqın iclasında təsdiq edilməsi planlaşdırılan hakim koalisiya formulu çərçivəsindən kənara çıxıb.

"Hazırda bizim, almanların qarşısında söhbətin qondarma "erməni soyqırımı"na görə məsuliyyət və hətta ola bilsin günah payından getdiyi həmin hadisələrə baxışın yenidən nəzərdən keçirilməsi vəzifəsi durur", - deyə prezident hərbi kayzer Almaniyasının deportasiyalarda iştirakını nəzərə alaraq bildirib.

Son xəbərlər

Orphus sistemi