Almaniya İran aviaşirkətinə ölkəsindən uçuşları qadağan edib

Almaniya İran aviaşirkətinə ölkəsindən uçuşları qadağan edib Bakı. 22 dekabr. REPORT.AZ/ Almaniya hökuməti İranın Mahan Air aviaşirətinə öz hava limanlarından uçuşları dayandırmağa qərar verib.
Digər ölkələr
22 Dekabr , 2018 06:53
Almaniya İran aviaşirkətinə ölkəsindən uçuşları qadağan edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Almaniya hökuməti İranın "Mahan Air" aviaşirətinə öz hava limanlarından uçuşları dayandırmağa qərar verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən "Bild" qəzeti yazıb.

Nəşrin məlumatına görə, uçuşlar 2019-cu ilin yanvarından dayandırılacaq. Hazırda aviaşirkət MünxenDüsseldorfdan paytaxt Tehrana həftədə 6 dəfə uçuşlar həyata keçirir.

Bildirilir ki, "Mahan Air" aviaşirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandirinə məxsusdur. Şirkət Suriya prezidenti Bəşər Əsədlə əməkdaşlıq edir və bu ərəb ölkəsinə döyüşçü və silah daşınması ilə məşğuldur.

Daha əvvəl ABŞ "Mahan Air"lə əməkdaşlıq edən Malayziya və Tailand şirkətlərinə sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi