Yuxarı

Almaniya Çindən uyğur məsələsində şəffaf olmağı tələb edib

Almaniya Çindən uyğur məsələsində şəffaf olmağı tələb edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Hayko Maas Çində "müsəlmanların yenidən tərbiyələnməsi düşərgəsi"ndə olduqdan sonra bəyanatla çıxış edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, rəsmi Pekini Sintezyan-Uyğur Muxtar Rayonunda müsəlmanların hüquqlarının pozulması, uyğurların məsələsində şəffaflığa əməl etməyə çağırıb.

“Biz yenidən tərbiyələnmə düşərgələrinin mövcudluğunu qəbul edə bilmərik. Vəziyyəti dəyərləndirmək üçün biz daha çox informasiya əldə etməliyik”, - H.Maas Çin baş nazirinin müavini Lyu Xe ilə görüşdən sonra vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl britaniyalı diplomatlar Sintezyan-Urumçu rayonuna səfər edib, çoxsaylı hesabatlarda müsəlmanlar üçün düşərgənin olduğu barədə informasiyanı təsdiqləyiblər. Britaniyanın xarici işlər naziri Ceremi Hant Çində həmin düşərgəni gördüklərini Krallığın parlament üzvləri qarşısında çıxışında bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi