Fransada "sarı jiletlilər"in keçirdiyi aksiyada 8 polis əməkdaşı xəsarət alıb

Fransada "sarı jiletlilər"in keçirdiyi aksiyada 8 polis əməkdaşı xəsarət alıb Bakı. 3 fevral. REPORT.AZ/ Fransada sarı jiletlilərin keçirdiyi növbəti aksiyada 8 polis əməkdaşı xəsarət alıb.
Digər ölkələr
3 Fevral , 2019 00:48
Fransada sarı jiletlilərin keçirdiyi aksiyada 8 polis əməkdaşı xəsarət alıb

Bakı. 3 fevral. REPORT.AZ/ Fransada "sarı jiletlilər"in keçirdiyi növbəti aksiyada 8 polis əməkdaşı xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşları Morl, Nant və Valans şəhərlərində keçirilən aksiyalar zamanı yaralanıblar. Nümayişçilər polis əməkdaşlarına daş və şüşə qablar – butılkalar atıblar. Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları da etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Ötən gün bu ölkədə "sarı jiletlilər"in növbəti – 12-ci aksiyası keçirilib. Aksiya zamanı qarşıdurma yaranıb.

Fransada polisin “sarı jiletlilər”ə qarşı ehtimal olunan ifrat güc tətbiqi halları ilə bağlı 116 cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi