Yuxarı

“Airbus” ABŞ-ın qərarına münasibət bildirdi

​“Airbus” ABŞ-ın qərarına münasibət bildirdi

Fransanın “Airbus” təyyarə istehsalçısı şirkəti hesab edir ki, ABŞ hökumətinin martın 18-dən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan təyyarələrə rüsumların 15 faizə qədər artırması barədə qərarı bu ölkənin hava yollarına zərər verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” şirkətin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar qəbul olunanda Amerika aviasiya şirkətlərinin müraciətləri nəzərə alınmayıb: “Nəticədə ABŞ sərnişinləri qiymət artımını ödəməyə məcbur olacaqlar”

Şirkət ABŞ-ın mövqeyini dəyişdirəcəyinə ümid edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi