Aİ tərkibində qalan dövlətlər "Brexit" sazişini təsdiq ediblər

Aİ tərkibində qalan dövlətlər "Brexit" sazişini təsdiq ediblər Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) tərkibində qalan dövlətlər Böyük Britaniyanın Aİ-dən çıxmasına dair razılaşma layihələrini (Brexit) təsdiq ediblər.
Digər ölkələr
25 Noyabr , 2018 14:38
Aİ tərkibində qalan dövlətlər Brexit sazişini təsdiq ediblər

Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) tərkibində qalan dövlətlər Böyük Britaniyanın Aİ-dən çıxmasına dair razılaşma layihələrini ("Brexit") təsdiq ediblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu öz "Twitter" mikrobloqunda Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk yazıb.

"Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Aİ və Birləşmiş Krallığın gələcək münasibətlərinə dair ayrılma və siyasi bəyannamə haqqında sazişi təsdiq ediblər", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Donald Tusk Avropa İttifaqı ilə Böyük Britaniya arasında siyasi bəyannamənin razılaşdırıldığını demişdi.

Son xəbərlər

Orphus sistemi