Aİ Suriya nizamlanması üzrə beynəlxalq konfrans təşkil etmək niyyətindədir

Aİ Suriya nizamlanması üzrə beynəlxalq konfrans təşkil etmək niyyətindədir Mogerini: "Suriyada sülh prosesi Brussel, Moskva, Vaşinqton və BMT-nin daimi koordinasiyalı fəaliyyəti halında əldə edilə bilər"
Digər ölkələr
3 Fevral , 2017 15:04
Aİ Suriya nizamlanması üzrə beynəlxalq konfrans təşkil etmək niyyətindədir

Bakı. 3 fevral. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Suriya münaqişəsinin sülh yolu ilə həlli üzrə beynəlxalq konfrans təşkil etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzetinə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.

"Yazda Suriya münaqişəsinin nizamlanması prosesinin mərkəzi məsələ olacağı beynəlxalq sülh konfransı təşkil etmək üzərində işləyirik. Ölkənin bərpası böyük vəsait tələb edir, lakin heç kim güclü daxili dialoq və Suriyanın bütün qüvvələrinin nümayəndələri arasında qarşılıqlı eimad olduğuna əmin olmadan vəsait ayırmaz" - F.Mogerini vurğulayıb.

O, həmçinin Suriyada sülh prosesinin yalnız Brussel, Moskva, Vaşinqton və BMT-nin daimi koordinasiyalı fəaliyyəti halında əldə edilə biləcəyinə əminliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi