Yuxarı

Aİ "Brexit"dən sonra Britaniya ilə müdafiə tərəfdaşlığını saxlayacaq

Aİ "Brexit"dən sonra Britaniya ilə müdafiə tərəfdaşlığını saxlayacaq
Britaniya Brexit çərçivəsində 750 müxtəlif beynəlxalq sazişdən çıxmalıdır

Bakı. 14 may. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Britaniya birlikdən çıxdıqdan sonra ("Brexit") Krallıqla bu ölkənin Aİ-nin strukturlaşdırılmış müdafiə tərəfdaşlığı proqramında iştirakı da daxil olmaqla müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Böyük Britaniya ilə münasibətlər üzrə konfransda deyib.

"Biz bir-birimizlə mümkün qədər yaxın olmaqda maraqlıyıq, çünki bizim ümumi strateji maraqlarımız var və mən şübhə etmirəm ki, gələcəkdə sıx tərəfdaşlıq və əməkdaşlıq edəcəyik", - deyə o əlavə edib.

Moqerini həmçinin qeyd edib ki, Britaniya "Brexit" çərçivəsində 750 müxtəlif beynəlxalq sazişdən çıxmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi