Yuxarı

Ağ Ev rəsmisi Trampı ən israilyönlü ABŞ prezidenti adlandırıb

Ağ Ev rəsmisi Trampı ən israilyönlü ABŞ prezidenti adlandırıb

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, Donald Tramp ABŞ-ın bütün tarixi ərzində istənilən başqa prezidentdən daha çox İsrailin xeyrinə hərəkət edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Prezident Donald Tramp bizim ölkəmizin bütün tarixi ərzində ən israilyönlü prezidentdir", - deyə o öz səhifəsində yazıb.

Daha əvvəl Donald Tramp özünün "Twitter" səhifəsində bildirib ki, ABŞ İsrailin Holan yüksəklikləri üzərində tam müstəqilliyini tanımalıdır. Bu halda Ağ Ev və Dövlət Departamenti prezidentin fikirlərinə izah verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi