Yuxarı

Ağ Ev rəsmi olaraq İrandakı etirazçıları dəstəkləyib

Ağ Ev rəsmi olaraq İrandakı etirazçıları dəstəkləyib
. Polis icazəsiz mitinqlərdə iştirak və dövlət mülkiyyətinə zərər yetirilmə ittihamları ilə 52 nəfəri həbs edib

Bakı. 1 yanvar. REPORT.AZ/ Ağ Ev rəsmi olaraq İranda etiraz edən insanları dəstəkləyib.

"Report"-un məlumatına görə, bu barədə RİA “Novosti” məlumat yayıb.

"Biz İran xalqının öz mövqeyini dinc şəkildə ifa etməsini dəstəkləyirik. Bu səs eşidilməlidir. Biz bütün tərəfləri dinc şəkildə fikir ifa etmək fundamental hüququnu müdafiə etməyə və senzuraya yardımçı olacaq bütün addımlardan daşınmağa çağırırıq,” – deyə Ağ Evin rəsmi nümayəndəsi söyləyib.

Bir müddət əvvəl etirazçılara öz dəstəyini ABŞ prezidenti Donald Trapm ifadə edib. O, ölkədə etirazların baş verdiyi zaman “internetin kəsilməsini” qınayıb.

Ötən həftə İranın Məşhəd şəhırində 200 nəfərin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Hökümətə qarşı şuarlar səsləndirən etirazçılar iqtisadi tələbləri irəli sürüb. Polis əməkdaşları icazəsiz mitinqlərdə iştirak və dövlət mülkiyyətinə zərər yetirilmə ittihamları ilə 52 nəfəri həbs edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi