Yuxarı

Ağ Ev: ABŞ və Rusiya prezidentləri qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə ediblər

Ağ Ev: ABŞ və Rusiya prezidentləri qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə ediblər

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ və Rusiya prezidentləri – Donald Trampla Vladimir Putin telefon danışığında qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

"Prezidentlər ümumi narahatlıq doğuran digər mövzuları müzakirə ediblər. Prezident Tramp Şimali Koreyanın nüvə silahından məhrum edilməsi istiqamətində gələcək addımların atılması zəruriliyini təsdiqləyib", - deyə mətbuat xidmətindən qeyd edilib.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putinlə Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi