Yuxarı

Ağ ev: ABŞ-ın Bəşər Əsədlə bağlı mövqeyi dəyişilməz qalıb

Ağ ev: ABŞ-ın Bəşər Əsədlə bağlı mövqeyi dəyişilməz qalıb
Tillerson: Əsəd rejiminin gələcəyi yoxdur

Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Suriya Prezidenti Bəşər Əsədlə bağlı mövqeyi dəyişilməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders deyib.

Qeyd edək ki, Suriya münaqişəinə dair danışıqlarda müxalif qüvvələr ölkədəki siyasi dəyişiklikləri Bəşər Əsədin hakimiyyətdən getməsi ilə bağlayır. Onlar analoji tələblə Ceverədə baş tutacaq ümumsuriya danışıqlarının növbəti raundu ərəfəsində çıxış edib.

ABŞ-ın dövlət katibi Reks Tillerson keçid dövrü başlayanadək B.Əsədin hakimiyyətdən getməsinə israr etmədiyini açıqlayıb. Bununla belə, o, Əsəd rejiminin gələcəyinin olmadığını da vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi