Yuxarı

ABŞ yeddi ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara girişi qadağan etmək istəyir

ABŞ yeddi ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara girişi qadağan etm

ABŞ rəhbərliyi, yeddi ölkənin vətəndaşlarına Birləşmiş Ştatlara girişi qadağan etməyi planlaşdırır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal”ı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Belarus, Qırğızıstan, Myanma, Nigeriya, Sudan və Tanzaniya vətəndaşlarına qarşı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Ancaq qeyd olunub ki, bu siyahı hələ təsdiq olunmayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrin vətəndaşlarına Birləşmiş Ştatlara daxil olmaq üzrə məhdudlaşdırıcı tədbirlərin görüləcəyini təsdiqləsə də heç bir ölkənin adını açıqlamayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi