ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib

ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib ABŞ-ın vitse-prezidenti Mayk Pens əvvəlcədən elan etmədən İraqa səfərə gedib.
Digər ölkələr
23 Noyabr , 2019 19:14
ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib

ABŞ-ın vitse-prezidenti Mayk Pens əvvəlcədən elan etmədən İraqa səfərə gedib.

“Report” AFP-yə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi Bağdadın qərbindəki Əyn əl-Əsəd hava bazasında yerləşdirilən amerikalı hərbçilərə baş çəkəcək.

Xatırladaq ki, ötən ilin 26 dekabrında ABŞ prezidenti Donald Tramp da İraqa gözlənilmədən səfər edərək amerikalı hərbçilərlə görüşüb. O, ABŞ-ın hərbi qüvvələrini bu ölkədən çıxarmaq fikrində olmadığını, eyni zamanda Suriyada antiterror əməliyyatları üçün İraq ərazisindən istifadə edə biləcəklərini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi