Yuxarı

ABŞ Venesuelaya hərbi müdaxilə edə bilər

Bakı. 4 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar Venesuelaya qoşun yeritmək variantını istisna etmir.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində deyib.

Tramp jurnalistin "Sizi Amerika hərbçilərini Venesuelada istifadə etməyə nə vadar edə bilər? Milli təhlükəsizlik maraqları nədən ibarətdir?" sualına belə cavab verib:

"Mən bunu demək istəmirəm…Lakin, müəyyən mənada, bu, variantlardan biridir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi