Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və Si Szinpin 27-28 fevral tarixlərində Vyetnamda görüş keçirmək ehtimalını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Mənbənin məlumatına görə, Si Szinpin və Tramp ticarət məsələlərinin müzakirəsini davam etdirmək üçün Dananq şəhərinə yaxın ərazidə görüşə bilərlər.
Daha əvvəl, Tram fevralın 5-də II ABŞ-Çin sammitinin keçiriləcəyi tarixi açıqlaya biləcəyini deyib.