ABŞ hökuməti, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində atdığı addımlarından məmnun qalmadığı üçün təşkilata ayrılan vəsaiti 40 milyon ABŞ dollarına qədər azaldılmasının mümkünlüyünü nəzərdən keçirir.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ prezident iDonald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Qısa zamanda ÜST haqqında açıqlama verəcəm. ABŞ təşkilata ildə 450 milyon ABŞ dolları ödəyir. Çin onlara ildə 38 milyon ABŞ dolları ödəyir. Onlar Çinin kuklalarıdır”.
O, Ümumdünya Səhiyyə Təşkilatına Çin ilə təxminən eyni (40 milyon ABŞ dolları) vəsait ödəmə imkanını nəzərdən keçirdiyini bildirib: “Ancaq bəziləri bunun çox olduğunu düşünürlər” - deyə, Tramp bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprel ayında ÜST-nı COVID-19 infeksiyasının yayılmasına operativ reaksiya verməməkdə ittiham edərək təşkilatın maliyyələşdirilməsini dayandırıb.