ABŞ ticarət mübahisəsində Çindən güzəşt gözləyir

ABŞ ticarət mübahisəsində Çindən güzəşt gözləyir Ölkələr bir-birlərinin ticarət malları üçün idxal vergisini artırıb
Digər ölkələr
5 Aprel , 2018 04:50
ABŞ ticarət mübahisəsində Çindən güzəşt gözləyir

Bakı. 5 aprel. REPORT.AZ/ ABŞ, Çinin Vaşinqtonla aparılan ticarət mübahisəsində güzəştə gedəcəyini gözləyir.

“Report” xəbər verir ki, bunu Ağ Evin nəzdində Milli iqtisadi şüranın rəhbəri Larri Kudlou “Fox News” telekanalının efirində açıqlayıb.

“Düşünürəm ki biz razılığa gələcəyik. Şəxsən mən hesab edirəm ki, çinlilər geri çəkiləcək və əməkdaşlıq edəcəklər”, - deyə, o bildirib.

Daha əvvəl ABŞ 1,3 min Çin istehsalı olan ticarət mallarının idxal vergisini artırıla biləcəyi haqqında məlumat yayıb.

Aprelin 1-dən Çin öz maraqlarının qorunması və dəyən ziyanın təzminat olunması üçün 128 ABŞ istehsalı olan ticarət malına idxal vergisi müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi